Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 207,1 milyon ABŞ dolları dəyərində 31 696 ədəd minik avtomobili ixrac olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
İllik müqayisədə avtomobillərin sayı 12 450 ədəd və yaxud 65 % artıb.
Hesabat dövründə Gürcüstandan ümumi dəyəri 373,3 milyon ABŞ dolları olan avtomobil ixrac edilib ki, bunun da 55,5 %-i Azərbaycana yönəlib.