Azərbaycan Gürcüstana gips ixracını 3 dəfəyədək artırıb

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 1,312 milyon ABŞ dolları dəyərində gipsdən və ya gips əsasında hazırlanmış kompozisiyalardan hazırlanan məmulatlar ixrac edilib.

“Report” Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycandan Gürcüstana ixrac edilən bu məhsulun həcmi isə illik müqayisədə 2,9 dəfə artaraq 7,119 min tona çatıb.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,6 % azalaraq 120,453 milyon ABŞ dolları olub. Bu da, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 8,2 %-ni təşkil edib.

Eyni dövrdə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 11 % artaraq 51,937 milyon ABŞ dolları (ümumi ixracın 11,3 %-ni), Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 11 % azalaraq 68,5 milyon ABŞ dolları (ümumi idxalın 6,8 %-i) təşkil edib.

Digər xəbərlər