Azərbaycan Gürcüstan məhsullarının idxalını azaldıb

Bu ilin yanvar ayında Azərbaycan Gürcüstandan ümumi dəyəri 6,1 milyon ABŞ dolları olan yerli istehsal məhsulları tədarük edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə məhsulların dəyərində 2,5 % azalma qeydə alınıb.

Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 2,6 % payla qonşu ölkənin yerli ixrac üzrə əsas ticarət tərəfdaşlarının ilk onluğunda IX yeri tutub.

Yanvarda Gürcüstandan xarici ölkələrə ixrac edilmiş yerli məhsulların ümumi dəyəri 331,3 milyon ABŞ dollarına (+ 47,6 %) bərabər olub.

Hesabat ayında qonşu ölkədən ən çox ixrac olunmuş yerli məhsulların ilk onluğunda mis filizləri və konsentratları, ferroərintilər, mineral gübrələr, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, fındıq, qızıl, spirtli içkilər, trikotaj köynəklər, qiymətli metal filizləri və konsentratları yer alıb.

Digər xəbərlər