Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşunu artırıb

Bu ilin I rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 6,34 milyon ABŞ dolları həcmində investisiya qoyub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

2021-ci ilin son rübü ilə müqayisədə Azərbaycanın qonşu ölkəyə yatırdığı sərmayələrin həcmi 2,3 dəfə artıb.

Ötən ilin I rübündə Azərbaycan Gürcüstandan 6,25 milyon ABŞ dolları həcmində investisiyanı geri çəkib.

Bu ilin yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatına 568,2 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiyalar yönəldilib ki, bu da illik müqayisədə 4,3 dəfə çoxdur.

Digər xəbərlər