Azərbaycan gürcü şərabının idxalını 41 % artırıb

2021-ci ildə Azərbaycan Gürcüstandan 200,628 litr təzə üzüm şərabı idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə məhsulun həcmi 41,2 % artıb.

Ötən il Azərbaycan qonşu ölkədən ümumi dəyəri 96,5 min ABŞ dolları olan 338,227 litr pivə də tədarük edib ki, bu da əvvəlki ilə nisbətdə 0,6 % azdır.

Digər xəbərlər