2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 4,61 milyon ABŞ dolları dəyərində 2 milyon 968 min 178 ədəd mühərriklərin işə salınması üçün alışdırma şamı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 85 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1,37 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 1 milyon 969 min ədəd (+2,2 dəfə), Yaponiyadan 1,15 milyon ABŞ dolları dəyərində (+7 %) 240 min ədəd (-21 %), Amerika Birləşmiş Ştatlarından 468 min ABŞ dolları dəyərində (+50 %) 13 min 216 ədəd (+2,2 dəfə), Almaniyadan 461 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 131 min 220 ədəd (+4,6 dəfə), Koreyadan 442 min ABŞ dolları dəyərində (+18 %) 149 min ədəd (+14,2 %) məhsul alıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Finlandiyadan (37 min ABŞ dolları dəyərində 20 ədəd) və Qərbi Saharadan (0,16 min ABŞ dolları dəyərində 120 ədəd) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana xaricdən (30 ölkədən) gətirilmiş 1 milyon 749 min 834 ədəd alışdırma şamlarının 55 %-i Çinin, 21,4 %-i Yaponiyanın payına düşüb.