Azərbaycan fevralda Türkiyədən elektrik məhsullarının idxalına çəkdiyi xərci 55 % azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 32,608 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,5 % azdır.

Təkcə fevral ayında isə Türkiyə Azərbaycana 16,755 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 55 % azdır.

2 ayda Türkiyənin elektrik məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 1 % artaraq 2,5 milyard ABŞ dollarına çatıb, fevral ayında isə 1 % azalaraq 1,29 milyard ABŞ dollarına düşüb.

Digər xəbərlər