Azərbaycan fevralda Aralıq dənizi bölgəsindən 3 mln dollarlıq meyvə-tərəvəz alıb

Bu ilin fevral ayında Türkiyənin Aralıq Dənizi Təzə Meyvə və Tərəvəz İxracatçıları Birliyi Azərbaycana (Naxçıvan MR) 3,3 milyon ABŞ dolları dəyərində təzə meyvə-tərəvəz ixrac edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Birliyin sədri Nejdat Sin bildirib.

Onun sözlərinə görə, ötən ay rəhbərlik etdiyi birlik 125,6 milyin dollarlıq ixrac həyata keçirib. Bu, Türkiyənin ümumi meyvə-tərəvəz ixracının 49%-dir və ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.

“Fevralda 148 ölkəyə ümumilikdə 539,1 min ton təzə meyvə-tərəvəz ixrac etmişik. Xarici ölkələrə ən çox narıngi (54,2 milyon dollarlıq, 38% çox), pomidor (45,5 milyon dollarlıq, 10% çox) və limon (33,5 milyon dollarlıq, 6% çox) satmışıq. Əsas alıcılarımız olan ölkələr isə Rusiya (58,7 milyon dollarlıq, 26% az), Rumıniya (24,7 milyon dollarlıq, 21% çox), Ukrayna (19,5 milyon dollarlıq, 34% çox) və İraq (17,9 milyon dollarlıq) olub", - deyə N.Sin qeyd edib.

Digər xəbərlər