Bu ilin ilk iki ayı ərzində Azərbaycan xaricdən 1,86 milyon ABŞ dolları dəyərində 2 min 605 ton mandarin alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,1 %, kəmiyyət olaraq – 13,7 % çoxdur.
Hesabat dövründə Türkiyədən 1,64 milyon ABŞ dolları dəyərində 2 min 336 ton, Pakistandan 179,3 min ABŞ dolları dəyərində 224,13 ton, Misirdən 16,85 min ABŞ dolları dəyərində 22,46 ton, İrandan 15,48 min ABŞ dolları dəyərində 22,12 ton məhsul gətirilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Türkiyədən tədarük müvafiq olaraq 78,6 % və 78 % artıb, Pakistandan – 60 % və 40 % azalıb. Bir il əvvəl Misir və İrandan tədarük olmayıb.
Qeyd edək ki, ötən il xaricdən (7 ölkə) aldığımız 8 min 676 ton mandarinin 79 %-i Türkiyənin payına düşüb.