Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 940 min ABŞ dolları dəyərində 261,24 ton istiot gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 53,3 %, kəmiyyət olaraq – 65 % çoxdur.
Hesabat dövründə Azərbaycana Vyetnamdan 496,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 130,1 ton (+2,7 dəfə), Türkiyədən 134,6 min ABŞ dolları dəyərində (-16 %) 31,69 ton (-13,6 %), Çindən 86,19 min ABŞ dolları dəyərində (+10 dəfə) 23,76 ton (+20 dəfə), Hindistandan 75,95 min ABŞ dolları dəyərində (+55 %) 33,34 ton (+57 %), Braziliyadan 67 min ABŞ dolları dəyərində (+6 dəfə) 16,75 ton (+6,8 dəfə) məhsul idxal edilib.
2022-ci ildə Azərbaycana (26 ölkədən) idxal edilən 737,5 ton istiotun 38,5 %-i Vyetnamın, 24,4 %-i Türkiyənin payına düşüb.