Bu ilin ilk ayında Azərbaycana xaricdən 4 milyon ABŞ dolları dəyərində 12 min 826 ədəd soyuducu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 51 %, kəmiyyət olaraq – 89 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,42 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,4 dəfə çoxdur) 6 min 270 ədəd (+3,5 dəfə), Çindən 930 min ABŞ dolları dəyərində (+59 %) 2 min 404 ədəd (+88,4 %), Tailanddan 576 min ABŞ dolları dəyərində (+0,7 %) 994 ədəd (-23,8 %), Türkiyədən 555 min ABŞ dolları dəyərində (+38,4 %) 1 min 956 ədəd (+88,6 %), Polşadan 163,42 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 366 ədəd (+2,1 dəfə) məhsul alıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (34 ölkədən) idxal edilən 140 min 486 ədəd soyuducunun 29 %-i Rusiyanın, 21,8 %-i Tailandın, 18,1 %-i Türkiyənin, 13,8 %-i Çinin payına düşüb.