Bu ilin yanvar-iyul aylarında Türkiyənin Ərzurum bölgəsindən Azərbaycana 2,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Bununla da, bölgənin ixracında Azərbaycanın payı 18,1 % olub və ilk 5-likdə qərarlaşıb.
Hesabat dövründə Ərzurumdan 39 ölkə və bölgəyə ixrac həyata keçirilib. Ən böyük ixrac Gürcüstana (3,5 milyon ABŞ dolları), Azərbaycana (2,5 milyon ABŞ dolları), İraqa (2 milyon ABŞ dolları), Rumıniyaya (1,7 milyon ABŞ dolları) və Moldovaya (1 milyon ABŞ dolları) reallaşdırılıb.
Təkcə iyul ayında isə Azərbaycan Ərzurumdan 533,38 min ABŞ dolları dəyərində məhsul idxal edib. İyulda bölgənin ən böyük idxalçıları Rumıniya (1,2 milyon ABŞ dolları), Gürcüstan (660,96 min ABŞ dolları), Azərbaycan (533,38 min ABŞ dolları), İraq (428,89 min ABŞ dolları) və Özbəkistan (178,63 min ABŞ dolları) olub.