Bu ilin yanvar-iyun aylarında Azərbaycan 330,815 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,5 % çoxdur.
Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 1,532 milyon ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.
6 ayda əczaçılıq məhsulları üzrə idxal xərcləri Azərbaycanın ümumi idxalında payı 5,2 %-ni, ixrac üzrə qazanc isə ümumi ixrac gəlirlərinin 0,01 %-ni təşkil edib.