Bu ilin yanvar-fevral aylarında Azərbaycan 119,5 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,5% çoxdur.
Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 0,15 milyon dollar olub. Bu isə 1 il əvvələ nisbətən 42,6% azdır.
2 ay ərzində əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 6,1%-ni, ixrac isə ümumi ixracın cüzi hissəsini təşkil edib.