Bu ilin yanvar-mart aylarında Azərbaycan 163,37 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur.
Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 0,366 milyon ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 30,7 % çoxdur.
Bu ilin ilk rübü ərzində əczaçılıq məhsulları üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 5,58 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin cüzi hissəsini təşkil edib.