Azərbaycan daha iki ölkədən kondisioner tədarük etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 48,4 milyon ABŞ dolları dəyərində 169 min 348 ədəd kondisioner idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 6 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 41,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % azdır) 148 min 585 ədəd (+3,8 %), Özbəkistandan 3,8 milyon ABŞ dolları dəyərində (-20 %) 13 min 232 ədəd (-29 %), Tailanddan 2,25 milyon ABŞ dolları dəyərində (-62 %) 6 min 720 ədəd (-56 %), Türkiyədən 202 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 130 ədəd (+60 %), Böyük Britaniyadan 86,3 min ABŞ dolları dəyərində (-68 %) 351 ədəd (-22 %) kondisioner alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Vyetnamdan (49,1 min ABŞ dolları dəyərində 94 ədəd) və İsveçdən (10,4 min ABŞ dolları dəyərində 13 ədəd) tədarük həyata keçirilib.

Digər xəbərlər