Azərbaycan daha bir ölkəyə bulğur ixracına başlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 104,84 min ABŞ dolları dəyərində 133,77 ton bulğur buğdası idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 57 %, kəmiyyət olaraq – 62 % azdır.

Türkiyədən 104,77 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 57,7 % azalıb) 133,75 ton (-62 %) və Almaniyadan 0,07 min ABŞ dolları dəyərində (+7 dəfə) 0,02 ton (+2 dəfə) məhsul alınıb.

Hesabat dövründə Azərbaycandan xaricə (ancaq Türkiyəyə) 4,24 min ABŞ dolları dəyərində 3,12 ton bulğur göndərilib. Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkiyəyə tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan xaricə (ancaq Ukraynaya) 1,8 ton bulğur buğdası ixrac olunub.

Digər xəbərlər