Azərbaycan daha bir ölkəyə barama ixrac etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 159 min ABŞ dolları dəyərində 13 ton barama (barama qurdunun, açılmaya yararlı) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 65,3 %, kəmiyyət olaraq – 75,5 % azdır.

Hesabat dövründə İrana 134 min ABŞ dolları dəyərində 11 ton və Türkiyəyə 24 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 30,5 % azalıb) 2 ton (-95 %) məhsul satılıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İrana tədarük həyata keçirilib.

Qeyd edək ki, ötən il Azərbaycanın ixrac etdiyi (Türkiyəyə, Hindistana və Çinə) 138,14 ton baramanın 85 %-i Türkiyənin payına düşüb.

Digər xəbərlər