Azərbaycan daha bir ölkəyə aviasiya yanacağı tədarük etməyə başlayıb

Bu ilin I yarısında Azərbaycan 67,7 milyon ABŞ dolları dəyərində 64 min 523 ton aviasiya yanacağı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19,2 %, kəmiyyət olaraq – 9,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan Lüksemburqa 29,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % çoxdur) 33 min 872 ton (+30 %), Rusiyaya 12,5 milyon ABŞ dolları dəyərində (+56 %) 9 min 922 ton (+54 %), Türkiyəyə 7 milyon ABŞ dolları dəyərində (-12 %) 5 min 652 ton (-34 %), Macarıstana 6,2 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 4 min 947 ton (+5 dəfə), Almaniyaya 1,39 milyon ABŞ dolları dəyərində (+9 %) 1 min 108 ton (+9 %) yanacaq satıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qambiyaya (3,4 min ABŞ dolları dəyərində 2,6 ton) tədarük həyata keçirilib.

Digər xəbərlər