Bu ilin yanvar ayında Azərbaycana xaricdən 77 min ABŞ dolları dəyərində 31 ton zəncəfil gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 28 % çoxdur.
Hesabat dövründə Braziliyadan 42 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 60 % çoxdur) 21 ton (+62 %), Çindən 17 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 4 ton (+56 %), Hindistandan 15 min ABŞ dolları dəyərində (-17 %) 5 ton (-17 %), Misirdən 2,7 min ABŞ dolları dəyərində 1 ton, Nigeriyadan 0,4 min ABŞ dolları dəyərində (+57 %) 0,03 ton (-70 %) məhsul alınıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Misirdən tədarük həyata keçirilib.