Azərbaycan daha bir ölkədən yük vaqonları idxal etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 16,9 milyon ABŞ dolları dəyərində 364 ədəd yük vaqonu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16,5 dəfə, kəmiyyət olaraq – 20 dəfə çoxdur.

Azərbaycan Rusiyadan 14,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 dəfə çoxdur) 353 ədəd (+21 dəfə), Qazaxıstandan 1,9 milyon ABŞ dolları dəyərində 10 ədəd və Belarusdan 61,1 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb) yük vaqonu alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Qazaxıstandan yük vaqonları tədarük edib.

Digər xəbərlər