Bu ilin yanvar ayında Azərbaycana xaricdən 864,1 min ABŞ dolları dəyərində 602,4 ton yer fıstığı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 59 %, kəmiyyət olaraq – 43 % çoxdur.
Hesabat dövründə Azərbaycan Braziliyadan 306,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,7 dəfə çoxdur) 193 ton (+7,7 dəfə), Özbəkistandan 228,8 min ABŞ dolları dəyərində (-36 %) 181,4 ton (-39 %), Hindistandan 167,4 min ABŞ dolları dəyərində 129 ton (bir il əvvəl tədarük olmayıb), Argentinadan 117,2 min ABŞ dolları dəyərində 75 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 44,3 min ABŞ dolları dəyərində (-70 %) 24 ton (-76 %) və Niderlanddan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Niderlanddan tədarük həyata keçirilib.