Bu ilin yanvar ayında Azərbaycana 385,43 min ABŞ dolları dəyərində 12 729 ədəd velosiped (ikitəkərli və digər növ, mühərriksiz) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 382,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 58 % çoxdur) 12 685 ədəd (+2 dəfə), Almaniyadan 1,88 min ABŞ dolları dəyərində 32 ədəd, Amerika Birləşmiş Ştatlarından 0,43 min ABŞ dolları dəyərində 4 ədəd, Fransadan 0,2 min ABŞ dolları dəyərində 4 ədəd, Macarıstandan 0,2 min ABŞ dolları dəyərində 2 ədəd velosiped alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Macarıstandan tədarük həyata keçirilib.