Azərbaycan daha bir ölkədən meşə materialları almağa başlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 112,75 milyon ABŞ dolları dəyərində 538 min 66 kubmetr meşə materialı (uzununa doğranmış) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 19 % çoxdur.

Hesabat dövründə Azərbaycan Belarusdan 61,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 dəfə çoxdur) 301 min 127 kubmetr (+7 dəfə), Rusiyadan 50,42 milyon ABŞ dolları dəyərində (-37 %) 235 min 926 kubmetr (-42 %), Ukraynadan 337 min ABŞ dolları dəyərində (+27 %) 792 kubmetr (+19 %), Türkiyədən 65 min ABŞ dolları dəyərində (-61 %) 107 kubmetr (-84 %), Malayziyadan 44,22 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 21,61 kubmetr (+2,3 dəfə) material alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Mərkəzi Afrika Respublikasından (34,44 min ABŞ dolları dəyərində 30 kubmetr) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilən 827,7 min kubmetr meşə materialının 73 %-i Rusiyanın, 26,4 %-i Belarusun payına düşüb.

Digər xəbərlər