Azərbaycan daha bir ölkədən kassa aparatları almağa başlayıb

2022-ci ilin ilk 5 ayında Azərbaycan xaricdən 5,554 milyon ABŞ dolları dəyərində 26 min 730 ədəd kassa aparatı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 54,3 %, kəmiyyət olaraq – 63,8 % çoxdur.

Hesabat dövründə Çindən 4,135 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 63,3 % artıb) 25 min 970 ədəd (+71,6 %), Rusiyadan 1,167 milyon ABŞ dolları dəyərində (+34 %) 506 ədəd (-5,6 %), Almaniyadan 119,6 min ABŞ dolları dəyərində 16 ədəd, Macarıstandan 88,65 min ABŞ dolları dəyərində (+98,3 %) 150 ədəd (+2,5 dəfə), Türkiyədən 20,83 min ABŞ dolları dəyərində (+694 dəfə) 56 ədəd (+56 dəfə) cihaz gətirilib.

Bir il 1 aylıq fasilənin ardından Almaniyadan tədarük bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çexiyadan tədarük həyata keçirilib. Bu ölkədən 17,1 min ABŞ dolları dəyərində 2 ədəd kassa aparatı idxal edilib.

Digər xəbərlər