Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2,3 milyon ABŞ dolları dəyərində 624 ton istiot idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 9 % çoxdur.
Hesabat dövründə Azərbaycan Vyetnamdan 1,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % çoxdur) 300 ton (+18 %), Türkiyədən 524 min ABŞ dolları dəyərində (+2 %) 109 ton (-25 %), Çindən 251 min ABŞ dolları dəyərində (+7,4 dəfə) 79 ton (+16 dəfə), Hindistandan 135 min ABŞ dolları dəyərində (+29 %) 61,5 ton (+29 %), Özbəkistandan 87 min ABŞ dolları dəyərində (-20 %) 39 ton (-29 %) istiot alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Honkonqdan (Çinin xüsusi inzibati rayonu) (0,15 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (26 ölkədən) idxal edilmiş 737,5 ton istiotun 38,5 %-i Vyetnamın, 24,4 %-i Türkiyənin payına düşüb.