Azərbaycan daha bir ölkədən ekskavator tədarük etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 53,3 milyon ABŞ dolları dəyərində 520 ədəd ekskavator idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % azdır) 249 ədəd (+12 %), Koreyadan 4,84 milyon ABŞ dolları dəyərində (-47 %) 45 ədəd (-43 %), Türkiyədən 4,34 milyon ABŞ dolları dəyərində (-60 %) 33 ədəd (-70 %), Hindistandan 3,83 milyon ABŞ dolları dəyərində (+85 %) 45 ədəd (+36 %), Böyük Britaniyadan 2,32 min ABŞ dolları dəyərində (+43 %) 25 ədəd (+9 %) ekskavator alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Cənubi Afrika Respublikasından (170 min ABŞ dolları dəyərində 2 ədəd) tədarük həyata keçirilib.

Digər xəbərlər