Azərbaycan daha bir ölkədən çadır tədarük etməyə başlayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 252 min ABŞ dolları dəyərində 52 ton çadır gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50,4 %, kəmiyyət olaraq – 43,5 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 134,53 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38,6 % azdır) 26,92 ton (-31 %), Çindən 105,95 min ABŞ dolları dəyərində (-62 %) 24,5 ton (-50 %), Çexiyadan 5,14 min ABŞ dolları dəyərində 0,03 ton (2 il 7 aydan sonra tədarük bərpa edilib), Misirdən 4,82 min ABŞ dolları dəyərində 0,4 ton, Honkonqdan 0,38 min ABŞ dolları dəyərində 0,02 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Misirdən tədarük həyata keçirilib.

Digər xəbərlər