Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 60,3 milyon ABŞ dolları dəyərində 63 min 683 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 25 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 35,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42 % azalıb) 37 min 880 ton (-36 %), Belarusdan 13,4 milyon ABŞ dolları dəyərində (+42 dəfə) 14 min 782 ton (+36 dəfə), Rumıniyadan 5,7 milyon ABŞ dolları dəyərində (-12 %) 5 min 555 ton (-24 %), Yunanıstandan 3,1 milyon ABŞ dolları dəyərində 2 min 862 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstandan 2,4 milyon ABŞ dolları dəyərində 2 min 220 ton (bir il əvvəl tədarük olmayıb) benzin alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərindən (283 min ABŞ dolları dəyərində 385 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (5 ölkədən) idxal edilmiş 99,5 min ton “Aİ-95” markalı benzinin 73,4 %-i Rusiyanın payına düşüb.