Azərbaycan daha 3 ölkəyə şəkər tədarük etməyə başlayıb

Ötən ilin 11 ayı ərzində Azərbaycandan xaricə 27 milyon 835,46 min ABŞ dolları dəyərində 52 min 460,57 ton şəkər tədarük olunub.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 29,78 %, kəmiyyət olaraq – 7,1 % artıb.

Hesabat dövründə Türkmənistana 21 milyon 213,93 min ABŞ dolları dəyərində 39 min 946,95 ton, Qırğızıstana 3 milyon 489,05 min ABŞ dolları dəyərində 6 min 828,3 ton, Tacikistana 1 milyon 499,22 min ABŞ dolları dəyərində 3 min 456 ton, Rusiyaya 974,8 min ABŞ dolları dəyərində 1 min 026,51 ton, İraqa 256,43 min ABŞ dolları dəyərində 533,57 ton məhsul satılıb.

2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə Türkmənistana ixrac müvafiq olaraq 98,1 % və 51,61 % artıb, Tacikistana – 24 % və 22,73 % artıb, Rusiyaya – 63,81 % və 26,1 % artıb, İraqa – 69,96 % və 75,74 % azalıb.

Azərbaycandan şəkər bütövlükdə 16 ölkəyə ixrac edilib. İki il 7 aylıq fasilənin ardından Almaniyaya, 2 il 3 aylıq aradan sonra Qırğızıstana tədarük bərpa edilib. Bu il ilk dəfə olaraq Azərbaycandan Küveytə şəkər ixrac olunub. Almaniyaya 0,14 min ABŞ dolları dəyərində 0,15 ton, Küveytə 0,91 min ABŞ dolları dəyərində 1,01 ton məhsul göndərilib.

Digər xəbərlər