Ötən il Azərbaycana xaricdən 1,8 milyon ABŞ dolları dəyərində 5,7 ton qara kürü (nərə balıqlarının kürüsü) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 11,5 % çoxdur.
Çindən 1,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23,4 % çoxdur) 5,7 ton (+24 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 23,1 min ABŞ dolları dəyərində 0,03 ton (1 illik aradan sonra idxal bərpa edilib) və Belarusdan 0,5 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alınıb.
Azərbaycan hesabat dövründə 459,2 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 0,43 ton (+2,3 dəfə) qara kürü ixrac edib.
Birləşmiş Ərəb Əmirliklərinə 159,3 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 0,14 ton (+3,5 dəfə), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 98,15 min ABŞ dolları dəyərində (+5,2 dəfə) 0,05 ton (+5 dəfə), ABŞ-a 91 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 0,12 ton (+2 dəfə), Rusiyaya 59,4 min ABŞ dolları dəyərində (-12 %) 0,1 ton (+29 %), Sinqapura 16,3 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satılıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çinə (15,4 min ABŞ dolları dəyərində 0,01 ton), Yeni Zelandiyaya (5,5 min ABŞ dolları dəyərində 0,01 ton) və Sinqapura tədarük həyata keçirilib. Üç il 2 aylıq fasilənin ardından Türkiyəyə (14,1 min ABŞ dolları dəyərində 0,01 ton) idxal bərpa edilib.