Azərbaycan Çindən maye sayğaclarının idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 760 min ABŞ dolları dəyərində 6 min 356 ədəd maye sayğacı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 dəfə, kəmiyyət olaraq – 18 dəfə çoxdur.

Azərbaycana Çindən 245 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 82 dəfə çoxdur) 5 min 104 ədəd (+82 dəfə), Almaniyadan 183 min ABŞ dolları dəyərində (+61 dəfə) 2 ədəd (-82 %), İtaliyadan 168 min ABŞ dolları dəyərində (+62 dəfə) 18 min 18 ədəd (-45 %), Rusiyadan 78,3 min ABŞ dolları dəyərində (+86 %) 31 ədəd (+5,2 dəfə), Amerika Birləşmiş Ştatlarından 40,8 min ABŞ dolları dəyərində (+7,2 dəfə) 1 ədəd (-50 %) sayğac gətirilib.

2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilmiş 598 ədəd maye sayğacın 49 %-i Türkiyənin, 17,1 %-i Çinin payına düşüb.

Digər xəbərlər