Azərbaycan Çexiyadan tikiş maşını alışını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2,85 milyon ABŞ dolları dəyərində 12 min 100 ədəd tikiş maşını idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 60 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 1,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50 % azdır) 10 min 550 ədəd (-60 %), Yaponiyadan 326 min ABŞ dolları dəyərində (+32 %) 91 ədəd (+8,3 %), Türkiyədən 306 min ABŞ dolları dəyərində (+74 %) 144 ədəd (-40 %), Çexiyadan 175 min ABŞ dolları dəyərində 24 ədəd, Tailanddan 148 min ABŞ dolları dəyərində (-27 %) 670 ədəd (-72 %) tikiş maşını alıb.

Azərbaycan 2 il 3 aylıq fasilənin ardından Çexiyadan tikiş maşını tədarükünü bərpa edib.

Digər xəbərlər