Azərbaycan Çexiyadan ketçup tədarükünü bərpa edib

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 4,2 milyon ABŞ dolları dəyərində 2,75 min ton ketçup idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 10 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % azdır) 1 min 235 ton (-9 %), Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (+23,4 %) 696 ton (+12 %), Almaniyadan 458 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 193 ton (+93 %), Qazaxıstandan 354 min ABŞ dolları dəyərində (+50 %) 296 ton (+40 %), Portuqaliyadan 121 min ABŞ dolları dəyərində 81,5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 2 il 3 aylıq fasilənin ardından Çexiyadan (0,5 min ABŞ dolları dəyərində 0,3 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (22 ölkədən) idxal edilmiş 4,4 milyon ABŞ dolları dəyərində ketçupun 54 %-i Rusiyanın, 25,2 %-i Türkiyənin, 5,5 %-i Almaniyanın, 5,3 %-i Qazaxıstanın payına düşüb.

Digər xəbərlər