Azərbaycan Çexiya və Serbiyadan polad prokatı idxalını bərpa edib

Ötən il Azərbaycan 296 milyon ABŞ dolları dəyərində 358 min 251 ton polad prokatı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 3 %, kəmiyyət olaraq – 17 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 151 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12 % çoxdur) 225 min 705 ton (+26 %), Çindən 101,3 milyon ABŞ dolları dəyərində (+12 %) 90 min 114 ton (+22 %), Türkiyədən 17,6 milyon ABŞ dolları dəyərində (-23 %) 14 min 736 ton (-15 %), Qazaxıstandan 11,41 milyon ABŞ dolları dəyərində (-52 %) 11 min 712 ton (-48 %), İrandan 9,6 milyon ABŞ dolları dəyərində (+3,7 dəfə) 11 min 360 ton (+4 dəfə) məhsul alıb.

Azərbaycan 5 il 11 aylıq fasilənin ardından Serbiyadan (3,2 min ABŞ dolları dəyərində 0,94 ton) və 1 il 6 aylıq aradan sonra Çexiyadan (8 min ABŞ dolları dəyərində 1,65 ton) tədarükü bərpa edib.

Digər xəbərlər