Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil mallarının idxalına çəkdiyi xərci 8 % artırıb

Bu il yanvar-oktyabr aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 16,386 milyon ABŞ dolları dəyərində tekstil malları idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 7,6 % çoxdur.

Hesabat dövründə bölgədən xarici ölkələrə ümumilikdə 2 milyard 552,7 milyon ABŞ dollarlıq tekstil malları ixrac edilib ki, bu da illik müqayisədə 14 % azdır.

10 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən çox tekstil malları Avropa İttifaqı ölkələrinə (718,265 milyon ABŞ dolları məbləğində) ixrac edilib. Bu, 1 il əvvələ nisbətən 26,6 % azdır. Avropa ölkələrini Yaxın Şərq (615,519 milyon ABŞ dolları məbləğində) və digər ölkələr (265,668 milyon ABŞ dolları) izləyib. Bu isə, illik müqayisədə müvafiq olaraq 11,7 % və 0,9 % azdır.

Digər xəbərlər