Bu il yanvar-avqust aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 13 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,7 % çoxdur.
Hesabat dövründə bölgədən xarici ölkələrə ümumilikdə 2 milyard 009,599 milyon ABŞ dollarlıq tekstil məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 15,3 % azdır.
8 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən çox tekstil məhsulları Avropa İttifaqı ölkələrinə (573,841 milyon ABŞ dolları məbləğində) ixrac edilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28,3 % azdır.
Avropa ölkələrini Yaxın Şərq (490,535 milyon ABŞ dolları məbləğində) və digər ölkələr (210,016 milyon ABŞ dolları) izləyib. Bu isə, illik müqayisədə müvafiq olaraq 8,2 % və 2,5 % azdır.