Azərbaycan Cənub-Şərqi Anadoludan quru meyvə idxalına çəkdiyi xərci 21 % azaldıb

Bu il yanvar-noyabr aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 2,088 milyon ABŞ dolları dəyərində quru meyvə idxal edib.

“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,4 % azdır.

Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 258,319 milyon dollarlıq quru meyvə ixrac edilib ki, bu da illik müqayisədə 12,8 % azdır.

11 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük quru meyvə ixracı Avropa İttifaqı ölkələrinə (118,896 milyon ABŞ dolları; illik müqayisədə 4,5 % az) həyata keçirilib. Onu Amerika qitəsi (37,507 milyon ABŞ dolları; 21,5 % az) və Yaxın Şərq ölkələri (23,634 milyon ABŞ dolları; illik müqayisədə 26,8 % çox) izləyib.

Digər xəbərlər