Bu il yanvar-avqust aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 3,396 milyon ABŞ dolları dəyərində xalça idxal edib.
“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,3 % çoxdur.
Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 1 milyard 129,411 milyon dollarlıq xalça ixrac edilib ki, bu da illik müqayisədə 3,8 % azdır.
8 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük xalça ixracı Amerika qitəsinə (366,287 milyon ABŞ dolları; 12,1 % az) həyata keçirilib. Onu Yaxın Şərq ölkələri (312,073 milyon ABŞ dolları; illik müqayisədə 27,5 % çox) və Avropa İttifaqı ölkələri (149,368 milyon ABŞ dolları; illik müqayisədə 20,2 % az) izləyib.