Bu ilin yanvar-iyul aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 11,168 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 48,4 % çoxdur.
Hesabat dövründə bölgədən ümumilikdə xarici ölkələrə 2 milyard 037,185 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 6,6 % çoxdur.
7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük dənli və paxlalı bitki məhsullarının ixracı Yaxın Şərq ölkələrinə (924,260 milyon ABŞ dolları dəyərində) həyata keçirilib. Bu, 1 il əvvələ nisbətən 3,9 % azdır.
Onları Afrika (633,580 milyon ABŞ dolları) və Amerika ölkələri (261,298 milyon ABŞ dolları) izləyib. Bunlar isə illik müqayisədə müvafiq olaraq 28,6 % çox və 1,5 % azdır.