Azərbaycan bu il Ulyanovskdan 10 min ton ərzaq buğdası idxal edib

Bu ilin I rübündə Azərbaycan Rusiyanın Ulyanovsk bölgəsindən 9 951 ton ərzaq buğdası idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə “Rosselxoznadzor”un regional idarəsi ixrac üçün nəzərdə tutulan 15 911 ton taxıl və onun emal məhsullarını yoxlayıb. Bunun isə 11 856 tonu ərzaqlıq buğda olub. Azərbaycanla yanaşı, Qazaxıstan (1 065 ton) və Qırğızıstan (840 ton) da Ulyanovskdan taxıl alıb.

Son 1 ildə Ulyanovsk taxılının ixrac həcmi 10 dəfə artıb.

Digər xəbərlər