Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 79,243 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur.
Təkcə bu ilin iyul ayında isə Türkiyə Azərbaycana 12,483 milyon ABŞ dollarlıq dəyərində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 24,1 % çoxdur.
Bu ilin ilk 7 ayında Türkiyənin ümumi mebel, kağız və meşə məhsulları ixracının dəyəri illik müqayisədə 27,3 % artaraq 4,729 milyard ABŞ dollarına, iyul ayında isə - 20,1 % artaraq 0,607 milyard ABŞ dollarına çatıb.