Azərbaycan bu il Türkiyədən 54 milyon dollarlıq mebel və meşə məhsulları idxal edib

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 53,756 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % azdır.

Təkcə bu ilin may ayında isə Türkiyə Azərbaycana 10,342 milyon ABŞ dollarlıq mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da illik müqayisədə 8,7% azdır.

Bu ilin 5 ayında Türkiyənin ümumi mebel, kağız və meşə məhsulları ixracının dəyəri illik müqayisədə 28 % artaraq 3,323 milyard ABŞ dollarına, may ayında isə ixracının dəyəri 22,4 % artaraq 613,44 milyon ABŞ dollarına çatıb.

Digər xəbərlər