Azərbaycan bu il Türkiyədən 20 milyon dollarlıq tekstil məhsulu idxal edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 19,528 milyon ABŞ dolları dəyərində tekstil və xammal idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 % çoxdur.

Təkcə bu ilin iyun ayında isə Türkiyə Azərbaycana 3,695 milyon ABŞ dollarlıq dəyərində dəyərində tekstil və xammal ixrac edib ki, bu da, illik müqayisədə 0,6 % çoxdur.

Bu ilin ilk 6 ayında Türkiyənin ümumi dəyərində dəyərində tekstil və xammal ixracının dəyəri illik müqayisədə 10,9 % artaraq 5,392 milyard ABŞ dollarına, iyun ayında isə dəyərində dəyərində tekstil və xammal ixracının dəyəri 9,5 % artaraq 0,984 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər