Azərbaycan bu il Türkiyədən 2,2 mln dollarlıq xalça idxal edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 2,253 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 % azdır.

Təkcə bu ilin aprel ayında isə Türkiyə Azərbaycana 674 min ABŞ dollarlıq xalça ixrac edib ki, bu da, illik müqayisədə 13,3 % azdır.

Bu ilin ilk 4 ayında Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 9,5 % azalaraq 972,228 milyon ABŞ dollara, aprel ayında isə xalça ixracının dəyəri 13,9 % azalaraq 262,427 milyon ABŞ dollarına düşüb.

Digər xəbərlər