Azərbaycan bu il Tümen vilayətindən 3 min kubmetrə yaxın taxta idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Tümen vilayəti üzrə müfəttişləri, bu il bölgədən Azərbaycana 2,8 min kubmetr taxtanın ixracına nəzarət edib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, qurum bu il ümumilikdə 5 min kubmetr taxtanın ixracını yoxlayıb. Hesabat dövründə həmçinin Özbəkistana 1,7 min kubmetr, Qazaxıstana 0,4 min kubmetr txta ixrac edilib.

Təkcə bu ilin oktyabr ayında isə bölgədən 720 kubmetr taxta ixrac olunub.

Bütün məhsullar Federal Dövlət Büdcə Təşkilatının (ARRIAH) laboratoriyasında yoxlanılıb və idxalçı ölkələrin karantin fitosanitar tələblərinə cavab verib.

Digər xəbərlər