Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Şimali Qafqaz Regionlararası İdarəsi, bu ilin I rübündə Stavropol diyarından ixrac edilmiş 122 277 ton buğdanı yoxlayıb.
"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Hesabat dövründə Stavropoldan ən çox buğdanı Azərbaycan idxal edib - 95 792 ton. Ermənistana 25 811 ton, Türkiyəyə 374 ton, İraqa isə 300 ton buğda göndərilib.