Bu il Azərbaycan Rusiyanın Stavropol vilayətindən 34,568 min ton qarışıq yem idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, il ərzində Stavropoldan ümumilikdə 34,933 min ton qarışıq yem ixrac edilib ki, bunun da 99%-i Azərbaycanın payına düşüb.
Hesabat dövründə Gürcüstan bölgədən 147 ton, Birləşmiş Ərəb Əmirlikləri isə 216 ton qarışıq yem alıb.
İxrac edilən məhsullar "Rosselxoznadzor"un labarotoriyalarında yoxlanılıb və daşınma şəraitinə nəzarət edilib.