Azərbaycan bu il Samaradan 45 min ton buğda, noxud və mərci idxal edib

Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Samara vilayətindən 45 min ton buğda, noxud və mərci idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, ilin əvvəlindən Samara vilayətindən 18 ölkəyə 206 min ton dənli və paxlalı bitkilər, o cümlədən 54,8 min ton taxıl emalı məhsulları göndərilib.

İl ərzində Azərbaycandan başqa Samara vilayətindən ən çox məhsulu Qazaxıstan (65,1 min ton buğda, kəpək, un, kartof) alıb.

İxrac edilən bütün məhsullar "Rosselxoznadzor"un regional idarəsində yoxlanılıb, fitosanitar sertifikatlar verilib və məhsullar idxalçı ölkələrin tələblərinə cavab verib.

Digər xəbərlər