Azərbaycan bu ilin əvvəlindən Rusiyanın Ryazan vilayətindəki quşçuluq müəssisəsindən 130 min baş cücə idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
İxrac edilən mallarda baytarlıq qanunvericiliyinin pozulması halları aşkar edilməyib.